• (+994 12) 499-79-97
  • sales@aztexnika.az
  • Bakı-Şamaxı yolu 15-ci km
  • Tikinti Texnikası Və Avadanlığı
    Tikinti və Dağ-Mədən sənayesinin müxtəlif seqmentlərində avadanlıqlar təklif edirik
  • Yük maşınları
    Yüklərinizi təhlükəsiz və səmərəli çatdırılması üçün hər növ yük maşınlarını kəşf edin.
  • Kənd Təsərrüfatı Avadanlıqları
    Fərdi fermerlər və dövlət layihələri üçün yüksək keyfiyyətli kənd təsərrüfatı avadanlıqları ilə təcrübə qazan
  • Servis və Texniki Dəstək
    Peşəkar məsləhətlər, servis və texniki dəstək xidmətlərini Sizə təklif edirik
  • Ehtiyat Hissələri
    Sizə təklif etdiyimiz orijinal və çətin tapılan ehtiyat hissələri sizin texnikanızın ömrünü uzadırlar.

Məhsullar Kataloqu


Biznesinizə Dəstək

Ətraflı

İcarə İmkanları


Aşağı tarif, Yüksək Xidmət

Ətraflı

Azərbaycanda ağır sənaye və kənd təsərrüfatı avadanlıqlarının aparıcı idxalçısı və distribyutoru.

Ümumi məlumat

"Aztexnika LTD” MMC ağır sənaye avadanlıqlarının aparıcı idxalçıları və distribyutorları sırasında olaraq Azərbaycanın sürətlə inkişaf infrastrukturunu dəstəkləyir və ölkənin iqtisadiyyatını gücləndirməyə kömək edir. Bu gün şirkətimiz dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirdiyindən fəxr edir.

"Aztexnika LTD” MMC öz unikal vəzifələrini tamamlamaq məqsədi ilə 240-dan çox yüksək ixtisaslı texniki, satış, marketinq və maliyyə mütəxəssisləri ilə peşəkar səviyyədə xidmət göstərirlər. 13 hektar sahədə yerləşməklə o, MDB, Yaxın Şərq və Şərqi Avropa regionlarında ən böyük və mükəmməl təchiz olunmuş şirkət hesab olunur. Müəssisə öz ərazisində gündə 50 texnikaya və digər regionlarda səyyar texniki xidmət vasitəsilə 200-ə yaxın avadanlıqlara operativ şəkildə təmir və servis xidmətlərini göstərməyə malikdir.

Ətraflı

Dəyərlərimiz

Müştərilərimizə qürur hissi bəxş edən dünyanın tanınmış brendlərini seçib təklif edirik. Bu brendlər nüfuzlu tarixə və dünya üzrə bazar payına malik olan, və özlərində ən yüksək texnologiya və əla keyfiyyəti birləşdirən məhsulları təklif edirək biz müştərilərimizə ən yaxşısına layiq olmalarına önəm veririk.

Missiyamız

Aztexnika LTD MMC sənaye, kommersiya və kommunal sektorlarında çalışan bir sira dövlət, özəl və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, onların biznes planlarına uyğun məsləhətlər verir, bu şirkətlərin bisnes dəyərlərinin yaranmasında və daimi davamlığını təmin olunmasına dəstək olur.

Hədəflərimiz

Aztexnika LTD MMC dünyanın aparıcı brendlərinin məhsullarının ölkəmizdə satışı və satış sonrası servisinin həyata keçirilməsi kimi xidmətlər göstərir və tikinti və nəqliyyat sektorlarında Azərbaycan Respublikasının iqtisadiyyatının gücləndirilməsinə öz tövhəsini verir.