• (+994 12) 499-79-97
  • sales@aztexnika.az
  • Bakı-Şamaxı yolu 15-ci km

Dəmirçi və Boya

Hər növ yük maşınları və avtomobillərin, həmçinin tikinti texnikası və yarımqoşquların gövdə işləri

Müxtəlif hadisələrin nəticəsində avtomobilin gövdəsi və onun parametrləri dəyişə bilər, onun tərkib hissəsi olan aqreqatlar və şassisi arzu olunmaz hala gələ bilər. Bunların aradan qaldırılması üçün yüksək peşəkarlıq tələb edən dəmirçi işləri zəruridir. Dəmirçi işləri zamanı qapının açılan hissəsində zədələr, gövdə sütunlarının genişlənməsi və bu kimi qüsurlar aradan qaldırılır.

Bəzən bir qəza nəticəsində, gövdənin əsas elementləri, maşının aqreqatları nəzərəçarpacaq dərəcədə deformasiyaya uğrayır və əzilir. Belə zədələr aşkarlandıqda kompleks şəklində peşəkar təmirə və təcrübəli mütəxəssislərə ehtiyac duyulur. Bu, qapının açılması, gövdə sütunlarının genişləndiyi ilə əlaqədar qüsurların aradan qaldırılmasını əhatə edir. Belə hallarda xüsusi hissələr, gövdə hissələrinin ölçülməsi üçün müasir vasitələrdən istifadə edilməlidir. Bu işlərin yüksək səviyyədə aparılması üçün bizim sexlərdə axırıncı nəsil və yüksək texnoloji Almaniya istehsalı olan Wolf və İtaliya istehsalı olan Gilette-BPL və Menya 3 cihazlarından istifadə olunur. Qaynaq işlərində Almaniya istehsalı olan Lorch M və isitmə texnoloqiyası olan Hybrid avadanlıqlardan istifadə olunur.

Gövdə üzərində işlərin əsas istiqamətləri

  • dəmirçi işləri;
  • yük maşınların və yarımqoşquların bərpası və montajı;
  • gövdə geometriyasının bərpası (gövdə əyriliyinin bərpası);
  • ehtiyat hissələrinin dəyişdirilməsi;
  • avtomobilin ölçülərinin bərpası;
  • batıqların rəngsiz təmiri;
  • boya işləri;
  • gövdənin cilalanması;
  • bamperlərin təmiri.

  



Avtomobilin və ağır texnikanın boya işləri

Xidmətlərimiz avtomobilin gövdəsinin tam və ya qismən boyanmasını, həm profilaktik həm də qəza sonrası gövdə təmirinin son mərhələsində boyama ilşərini əhatə edir. Boya işləri müxtəlif səbəblərdən olar bilər: xırda və yaxud ağır qəza nəticəsində, gövdə boyasının köhnəlməsi, kiçik qüsurların və cızıqların yaranması, lakın qatın çatlanması və bəzən avtomobil sahibinin avtomobilin yenilənmiş görüntüsü arzusu.

Boya işlərinin əsas istiqamətləri

  • kirdən yuyulması və təmizlənməsi;
  • gövdədə batıqların, cızıqların, çatların aşkarlanması;
  • köhnəlmiş boyanın təmizlənməsi, cızıqların, çatların aradan qaldırılması;
  • şpatlevka işləri, batıqların düzəldilməsı, cilalanma;
  • plastik elementlərin yoxlanılması (təmiri);
  • boyanın xüsusi kompüter programı ilə seçilməsi;
  • boyanmış gövdənin lak işləri və qurudulması.

 

Boya işlərinə hazırlıq alman istehsalı olan Wolf və MİKS kontrol sistemi ilə təchiz olunumuş 18 metrəlik və iki kameralı olan kompüterləşdirilmiş kabində həyata keçirilir. 3M şirkətinin şpatlevka materiallarındanalman istehsalı olan STANDOX bol çeşidli boyalardan istifadə olunur. Boya rənginin dəqiq seçimi GENİUS sistemi ilə həyata keçirilir. 

 

Avtomobilin və ağır texnikaların kompleks şəklində cilalanması

 Mütəxəssislərimiz, gövdənin ümumi vəziyyətindən aslı olaraq yüksək dəqiqlik ilə qoruyucu cilalanma materiallarını seçərək, cızıqları, çatları, lak qatın solğunluğunu və sair arzu olunmaz qüsurları effektiv şəkildə aradan qaldırırlar. Bu xidmət müəyyən bacarıqlar, alətlər və xüsusi materiallar tələb edir. Gövdə və faraların cilalanma işləri bizim sexlərdə müasir texnoloqiyalardan istifadə edən peşəkarlar tərəfindən həyata keçirilir.

Faraların cilalanması işığın saçmasını 30-50% -ə yaxşılaşdırır, polikarbonatdan düzəldilən faraların şəffaflığı bərpa olunur, sarıntılıq və nahamarlıq aradan qaldırılır. İşığın axını yüksək olur, və yolda görüntülük yaxşılaşdırılır. Bu həm sürücünün yorğunluğunu azaldır və yolda təhlükəsizliyi artırır.

Beləliklə, gövdəni diqqətlə nəzərdən keçirən mütəxəssislərimiz avtomobilinizin və ağır texnikanızın görünüşünü maksimum dərəcədə bərpa edir və ən optimal cilalama üsulunu və avtomobilinizin ümumi görünüşünün yaxşılaşdırılması üçün sərfəli olan həll yollarının təklif edirlər.

 

Mühərrik, Ötürücülər qutusu, Şassi üzərində təmir işləri

Sizin avtomobilinizdə mühərrikin və ya ötürüclər qutusunun nasazlığı varsa və yaxud siz bunları zədələrdən qorunmaq istəyirsinizsə, əmin ola bilərsiniz ki, bunların hamısı "Aztexnika LTD" MMC şirkətində həyata keçirə bilərsiniz. Mühərrikin diaqnostikası Şirkətimizdə müasir kompüter cihazlarından istifadə edərək yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır və bütün problemlər dəqiq müəyyən olunduqdan sonra aradan qaldırılır. 

Avtomobilinizin mühərrik və ötürücülər qutusunun problemlərinin həlli kopmleks şəkilində də təklif olunur. Belə yanaşma nəinki diaqnostika və təmiri, həm də qiymət-keyfiyyət nisbətinin nəzərə alaraq original ehtiyat hissələrin təklifini də əhatə edir.

Avtomobilin ömrünü və etibarlılığını artırmaq məqsədilə avtomobilin köhnəlmiş hissələrin və şassi hissələrinin vaxtında diaqnostikasını və təmirini etdirmək və hissələri dəyişdirmək məsləhət görülür. Şassinin vəziyyətindən asılı olaraq avtomobili idarə etmə rahatlığı artır və bununla sürücü və sərnişinlərin təhlükəsizliyi təmin olunur.

 

Şassi təmirinə başlamazdan əvvəl, onun hər bir hissəsinin diaqnostikasını həyata keçiririk. Bunlar aşağıdakılardan ibarətdir:

  • amortizatorların, yayların, qolların və fincanların vəziyyətinin yoxlanılması;
  • sükan sistemində boşluqların müəyyən edilməsi, başlıqların diaqnostikası;
  • şassidə saylent blokların və digər qovşaqların yoxlanılması;
  • diyircəkli yastıqların yoxlanılması;
  • əyləc yastıqların, disklərin, barabanların, hortumların yoxlanılması;
  • Əyləc sisteminin sıxlığını və digər komponentlərin və mexanizmlərin hidravlik sistemlərinin yoxlanılması (sükan mexanizmi, avtomatik ötürümə).
  • balansın yoxlanılması (razval) 

Hər hasnsı bir qüsur aşkarlandıqda yalnız xüsusi alətlərdən istifadə olunur və bu lazımi olan texnoloqiyanı və yüksək tələbləri nəzərə alaraq təmirin yüksək keyfiyyətinə zəmanət verir. İşçilərimizin təcrübəsinə əsaslanaraq Siz optimal şəkildə pulunuza qənaət etmiş olursunuz.