• (+994 12) 499-79-97
  • sales@aztexnika.az
  • Bakı-Şamaxı yolu 15-ci km

"Aztexnika LTD" MMC - İnsan Resursları Siyasəti

"Aztexnika LTD" MMC-nin fəaliyyətinin nəticələri kadr siyasətinin səmərəliliyinin qiymətləndirilməsinin başlıca meyarıdır.

Şirkətimizdə kadr siyasətinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Aztexnika LTD” MMC-nin Nizamnaməsi habelə kadrlarla iş sferasında müvafiq normativ aktlar təşkil edir. 

Missiyamız

  • Azərbaycan Respublikasının qanunlarının tələblərinə, işçilərin hüquq və vəzifələrini tənzimləyən müəyyən olunmuş norma və qaydalara ciddi əməl edilməsi, xidməti və peşə borcunun yerinə yetirilməsinə görə fərdi məsuliyyətin təmin olunması;
  • Şəffaf işə qəbul prosesinin həyata keçirilməsi, isdedadlı resursların şirkətə cəlb edilməsi, təlim-tədris proqramları vasitəsi ilə onların daimi inkişafının təmin edilməsi;
  • İşçilərə etimad və hörmətlə yanaşılması, onların fərdi iş keyfiyyətlərinin və iş fəaliyyətinin nəticələrini obyektiv qiymətləndirilməsi; 
  • Kadrların peşəkarlığının artırılması, xidməti vəzifələrinin yaradıcı icrası üçün şəraitin yaradılması;
  • Təcrübəli və gənc işçilərin fəaliyyətinin optimal əlaqələndirilməsi, rəhbərlikdə varislik, kadrların plana uyğun hərəkəti;
  • Kadrların işinə dair məsələlərdə aşkarlıq, mütəmadi olaraq işçilərin məlumatlandırılması;