• (+994 12) 499-79-97
  • sales@aztexnika.az
  • Bakı-Şamaxı yolu 15-ci km

ANBARLAR

"Aztexnika LTD" MMC-nin əsas anbarları və onların funksiyaları

Anbar və onunla bağlı logistika prosesi kifayət qədər mürəkkəbdir. Burada təchizatın tədarükü, yükün idarə olunması və sifarişlərin fiziki paylanılması funksiyalar arasında tam uyğunluq tələb olunur.

Buna görə, anbardakı logistika prosesi texnoloji prosesdən daha genişdir və aşağıdakıları ehtiva edir:

  • təchizata nəzarət,
  • yüklərin boşaldılması və qəbul edilməsi, anbar daxili yükdaşımalar,
  • yüklərin və malların saxlanılması,
  • müştəri sifarişin toplaması və göndərilməsi,
  • boş qutuların toplanılması və yerləşdirilməsi,
  • sifarişlərin icrasına nəzarət,
  • anbara aid məlumat mübadiləsi,
  • qruplaşdırılmış malların və yüklərin göndərilməsi.

 

Anbarda logistika prosesin bütün mərhələləri bir birindən asılı və bir birinə təsir göstərici faktorları da nəzərə alınmalıdır. Bu yanaşma həm anbar xidmətlərinin fəaliyyətini koordinasiya etməyə imkan verir, həm də yükün minimal xərclərlə anbardaxili hərəkətinin planlaşdırılması və monitorinqinin əsasını təşkil edir.


Ümumi götürsək anbarda olan bütün prosesiləri üç hissəyə bölmək olar:

  1. Təchizat xidmətinin əlaqələndirilməsinə yönəlmiş əməliyyatlar;
  2. Yüklərin idarə edilməsi ilə bağlı əməliyyatlar və sənədləşmə;
  3. Satış xidmətlərinin əlaqələndirilməsinə yönəlmiş əməliyyatlar.

 Təchizat xidmətinin əlaqələndirilməsi ehtiyat hissələrinin tədarükü və təchizatın idarə edilməsinə nəzarət etməklə həyata keçirilir. Ehtiyat hissələri tədarükünün əsas vəzifəsi müştərilərin sifarişlərini tam şəkildə təmin etməklə müəyyən müddət ərzində mallarla (və ya materiallara) anbara çatdırılıb yerləşdirilməsidir. Buna görə, malların alınması üçün tələbatın müəyyən edilməsi satış xidmətiə ilə anbarda qalıq hissələri nəzərə almaqla razılaşdırılır. Hissələrin alınması və sifarişlərin göndərilməsinə nəzarət və yüklərin idarə edilməsi, yük axınlarının işlənməsinin ritmini, mövcud anbar həcmlərinin maksimum istifadəsini və lazımi saxlama şərtlərini təmin etməyə, ehtiyat hissələrini saxlama müddəti azalmasına və bununla da anbarın dövriyyəsini artırmağa imkan verir.

  

Xüsusi avadanlıq və kommersiya nəqliyyat vasitələrinin seqmenti üçün lazımi ehtiyat hissələri və istehlak mallarının çeşidləri ilə təchiz edilmiş anbar şəbəkəsinin olması biznesin təşviqində əsas rol oynayır.


Bir anbar üçün böyük əhəmiyyət kəsb edən daxil olan və xaric olan yük axınlarının düzgün təşkil edilməsidir. "Aztexnika LTD" MMC anbarları rahat giriş yolları ilə təmin olunub, binalar yükləmə və boşaltma əməliyyatları üçün qapılar və platformalar, habelə anbar girişi yarımqoşqu və ya yük maşınları platformaları ilə birləşən yükdaşınması üçün müvəqqəti körpülər ilə təchiz olunub. 

Malların qəbul edilməsi və yerləşdirilməsinin uzunmüddətli saxlanılmasının optimallaşdırılması da mümkündür. Anbarda əlavə avadanlıq, komponentlər, yığımlar, ehtiyat hissələri və istehlak malları səmərəli şəkildə yerləşdirilib, bu da öz növbəsində malların daxil olması və çıxarılması vaxtını minimuma endirir.

Böyük və iri qabritli aqreqatlar taxta paletlər üzərində saxlanılır, və onların daşınması çəngəlli yükəyiçilərin işini asanlaşdırır. İri qabaritli gövdə hissələri üfüqi rəflərdə yerləşdirilir. Daha yüngül, və o cümlədən plastikdən hazırlanmış hissələr, onların rahat yerləşdirilməsi üçün və əlçatan yerdə ayrıca saxlanılır.




Təkər və şinlərin saxlanması üçün xüsusi otaqlar istifadə olunur – bunları bir birinin üstünə yığmaq tövsiyə edilmir: üst-üstə saxlandığı zaman şınlərin rezin hissələri onlara dayaq olan dəmir konstuksiya ilə təmas nöqtələrində deformasiyaya uğraya bilər. Şinlərin saxlanması üçün xüsusi konstruksiyalardan istifadə olunur və bu da yük daşımaların rahatlığını təmin edir.

Yanacaq və sürtgü yağların saxlanması üçün xüsusi bir anbar ayrılmışdır. Maye məcunları bir neçə litrdən 200 litrə qədər olan konteynerlərdə yerləşdirilir. Xüsusi avadanlıqlarda və yük maşınalarda daim yanacaq və sürtgü yağlarının istifadə olunmasını nəzərə alaraq, eyni zamanda bu növ malların yüzlərlə vahidinin saxlanılması anbarlarımızda mümkündür. Belə malların sırasında tezalışan mayelər olduğunu nəzərə alsaq, yanacaq deposunun mütləq şəkildə yanğın söndürmə sistemi ilə təchiz olunmuşdur.

Anbarda saxlanılan ehtiyat hissələrinin və istehlak mallarının daha geniş çeşiddə saxlandığı üçün, anbar idarəetmə sisteminin mükəmməl olması vacibdir. Bu sistem malların idərəetmə ilə bağlı xərcləri minimuma endirmək, bu və ya digər saxlama vahidləri üçün ən optimal marşrutlarını və yerlərini müəyyən etmək imkanlarını yaradır. Eyni zamanda anbar heyətinin işini optimallaşdırmağa, xüsusilə də sifarişlərin qəbul olunmasına, idərə olunmasına və təhvil verilməsinə şərait yaradır.

Anbar dövriyyəsi artdıqda, "Aztexnika LTD" MMC şirkətinin lift qurğu sistemindən və ya hündür rəflər sistemindən, habelə bu məqsədlər üçün xüsusi texnika- çəngəlli yükləyicilər, riçtraklar və sair avadanlıqlardan istifadə olunur.