• (+994 12) 499-79-97
  • sales@aztexnika.az
  • Bakı-Şamaxı yolu 15-ci km

Korporativ Fəlsəfə

Korporativ fəlsəfə, "Aztexnika LTD"  MMC-nin müştərilər üçün ideal görünüşünü müəyyənləşdirir və bu idealı həyata keçirmək üçün lazım olan işçilərin idarəetmə səylərini və hərəkətlərini təsvir edir.

"Aztexnika LTD"  MMC-nin əsas fəlsəfəsi, geniş təcrübəmizi tətbiq etməklə sənayedə lider olmaq arzusudur; işçilərimiz hər bir layihə üçün gözləntiləri təmin etmək üçün güclü müştəri əlaqələri yaradırlar. Ən son texnoloji və dünya təcrübəsindən istifadə etməklə lazımi avadanlıq və texniki dəstəyi təmin edərək, davamlı bir cəmiyyət yaratmağa və ətraf mühitin qorunmasına dəstək veririk.

İdarəetmə prinsipləri:

  • Müştərilərimizə qabaqcıl dünya markalarının dilerləri kimi yenilikçi və çevik həllər təqdim edirik.

  • İşçilərimizi yaradıcılıq və komanda işlərinə təşviq edirik və onların bacarıqlarını nümayiş etdirməyə imkan yaradırıq.

  • Bazarın mövcud və gələcək kursunu müəyyənləşdiririk, istehlak tələbinə çevik və dinamik şəkildə cavab veririk.

  • Bazarın inkişafı nəzərə alınmaqla geniş xidmətlər çeşidini təqdim edirik və ölkəmizdə mövcudluğumuzu genişləndiririk.

 

Missiyamız: "Aztexnika LTD"  MMC sənaye, kommersiya və kommunal sektorlarında çalışan bir sira dövlət, özəl və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, onların biznes planlarına uyğun məsləhətlər verir, bu şirkətlərin biznes dəyərlərinin yaranmasına və daimi davamlılığının təmin olunmasına dəstək olur.

Hədəflərimiz: "Aztexnika LTD"  MMC dünyanın aparıcı brendlərinin məhsullarının ölkəmizdə satışı və satış sonrası servisinin həyata keçirilməsi kimi xidmətlər göstərir, tikinti və nəqliyyat sektorlarında Azərbaycan Respublikasının iqtisadiyyatının gücləndirilməsinə öz tövhəsini verir.

 

 

Dəyərlərimiz: Müştəri məmnuniyyəti: bu, korporativ siyasətimizdə ən vacib məsələdir. Biz fəxr edirik ki, tərəfdaşlarımız və müştərilərimiz uzunmüddətli dostluq əsasında bizə güvənirlər.

Ən yaxşılar üçün ən yaxşısı: müştərilərimizə qürur hissi bəxş edən dünyanın tanınmış brendlərini seçib təklif edirik. Bu brendlər nüfuzlu tarixə və dünya üzrə əhəmiyyətli bazar payına malik olan, özlərində ən yüksək texnologiya və əla keyfiyyəti birləşdirən məhsulları təklif edərək biz müştərilərimizə ən yaxşısına layiq olmalarına önəm veririk.

Göstərilən xidmətlərimizdə yüksək keyfiyyət standartlarını tətbiq edirik: Orijinal ehtiyat hissələri və peşəkar texniki dəstək texnikanın və avadanlıqların daha uzun müddətli istifadəsinə gətirib çıxarır. Müştərilərimizin işini ləngitməmək üçün, "Tam Vaxtında" fəlsəfəsi bizim üçün vacib dəyərlərdən biridir.

İşçilərimizə minnətdarlıq və hörmət: yüksək ixtisaslı, bacarıqlı əməkdaşlarımız bizim ən önəmli aktivlərimiz olaraq, onların komanda işi hər zaman diqqət mərkəzindədir.