• (+994 12) 499-79-97
  • sales@aztexnika.az
  • Bakı-Şamaxı yolu 15-ci km

Təlimlər

"Aztexnika LTD" MMC-nin təhlükəsizliyi üzrə təlimlər sizə və sizin işçilərinizə istənilən vaxt tikinti avadanlığı və yük avtomobillərinin təhlükəsiz istismarını öyrənməyə imkan yaradır. Məlumatları sürətli şəkildə mənimsəmək üçün və innovativ, sərfəli və səmərəli həllərin təmin etmək məqsədilə, şirkət daxili Təlim-Tədris Mərkəzində əsas və peşəkar bilik proqramları hazırlanır. Tikinti texnikalarının, həmçinin yük maşınlarının təhlükəsiz idarə edilməsinin bütün aspektləri nəzərdən keçirilir.

Təcrübəli təlimçilərimiz həm bizim ərazidə, həm də sizin şirkətinizin ərazisində praktiki və nəzəri təlim proqramları təklif edir. Bundan əlavə, avadanlıqlarınızın və onların komponentlərinin və qoşqularının tələblərinə cavab verən təlim kurslarını seçirik.

Təlimlərin əsas istiqamətləri:


  • Bizim ərazidə və ya Sizin şirkətinizin ərazisində təlim proqramlarının təmin edilməsi, və Sizin tələblərinizə uyğun olaraq kurs saatlarının seçilməsi.

  • Hər bir işçinizi peşəkar səviyyədə təlim almasına əminlik veririk.

  • İşçinizin biliklərinin yenidən qiymətləndirilməsi xəbərdarlığınin verilməsi ilə təkrarən sertifikatlaşdırılması.

  • Təlimlərlə bağlı bütün inzibati məsələlərin həlli, eləcə də nüsxələrin, test nəticələrinin və təlim qeydlərinin təqdim edilməsi.

Şirkət daxili təlimlər


"Aztexnika LTD" MMC çəngəlli yükləyicilər, teleskopik yükləyicilər, mini yükləyicilər, təkərli yükləyicilər, kran-manipulatorlar və s. üzrə operatorlar üçün təlimlər keçirir.

  • Fərdi öyrənmə metodologiyası;

  • Beynəlxalq standartlara uyğun təlim tələblərinə cavab verilməsi;

  • Əməyin Mühafizəsi və Təhlükəsizliyi Tədbirləri üzrə təlimlər;

  • Multimedia və çap materialların istifadəsi;

  • Operatorların qiymətləndirilməsinə dair təlimlər.

Bu təlim kursu operatorlara əmək mühafizəsi və təhlükəsizlik standartlarına cavab verən, avadanlıqlara və onların komponentlərinə profilaktik servis göstərmək üçün möhkəm zəmin yaradır. 

Multimedia təqdimatlarının və interaktiv müzakirəsi mərhələlərini keçdikdən sonra, Palfinger Kranları təlimləri həm tanışlıq kursu həm də geniş miqyasda biliklərin praktiki kurs kimi də istifadə edilə bilər.

Çəngəlli yükləyiçilərin təhlükəsiz idərəetmə təlimi.


Çəngəlli yükləyicilərin istismarı (digər hallarda avtokar da deyilir) sizin təşkilatınızda yüksək ixtisaslı bir operator tərəfindən idarə olunması mühüm şərtlərdən biridir, və spesifik işlərin yerinə yetirilməsi üçün operatordan peşəkarlıq tələb edən bir işdir.

Bu təlimin məqsədi çəngəlli yükləyicinin təhlükəsiz idarə olunması üçün Sizi bilik və bacarığa malik peşəkar operatora çevirməkdir.

Ekskavatorların təhlükəsiz idarəetmə təlimi.


Bu təlim ekskavatorun idarə olunması, onun saxlanılması və yüklərlə düzgün davranışı üçün əsas bacarıqların əldə edilməsini nəzərdə tutur. Təlimin əsas istiqamətləri:

  • Şirkətinizə, rəhbərinizə, birbaşa nəzarətçiyə və iş yoldaşlarınıza qarşı texnikanın işlək zamanı təhlükəsiz davranışı və məsuliyyəti anlayışlarının mənimsənməsi;

  • Ekskavatorlar növləri ilə tanışlıq: tırtıllı və təkərli;

  • Ekskavatorun komponentləri və funksiyaları ilə tanışlıq: şassi, kabin, mühərrik və hidravlik sistem, qoşqular, montaj və əks ağırlıq;

  • İdərəetmənin təhlükəsiz üsulları: sabitlik, qabaqcadan yoxlama, təhlükənin iş yerində qiymətləndirilməsi, maneələrin qarşısının alınması və iş yerinizin mühafizəsi;

  • İstismar prosesləri: ərazisində nəqliyyat vasitələrinin düzgün dayandırılması və park edilməsi, hidravlik konstruksiyaların sınaqdan keçirilməsi, tırtılın qorunması prosesləri, yüklərin qaldırıma və boşaltmanın düzgün prosedurlar, qazıntı işləri, yanacaq doldurması və texnikanın daşınması.